Öz qızına aşiq olan Azərbaycan xanı

Mədəniyyət

23.06.2019 - 10:41

Film 12-ci əsrə aid məşhur tarixi abidə olan Qız Qalası əfsanəsi əsasında ssenariləşdirilib

 

Azərbaycan Foto-Kino İdarəsinin istehsalı ilə çəkilən “Qız Qalası əfsanəsi” filmi insest mövzulu ilk Azərbaycan filmidir. Filmin ssenari müəllifi Breslav Lurye, quruluşçu rejissoru Vladimir Ballyuzekdir.

 

Filmdə Sofiya Jozeffi, Vaqram Papazyan, Hənəfi Terequlov, İsmayıl Hidayətzadə, Yevgeni Muromskiy, İbrahim Azəri, Rza Darablı, Ovanes Zarifyan, Kazım Ziya, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Məcid Şamxalov, Ələkbər Hüseynzadə, Rüstəm Kazımov və başqaları rol alıblar.

 

Qeyd edək ki, “Qız Qalası əfsanəsi” filmi Möhsün Sənani, Rüstəm Kazımov və Ağasadıq Gəraybəylinin ilk ekran işidir. Eyni zamanda dövrünün məşhur erməni aktyoru, Azərbaycanın Xalq Artisti Vaqram Papazyanın rol aldığı ilk Azərbaycan filmidir.

 

Film 12-ci əsrə aid məşhur tarixi abidə olan Qız Qalası əfsanəsi əsasında ssenariləşdirilib. 1923-cü ildə çəkilib, 1924-cü ildə nümayiş olunub.

 

“Qız Qalası əfsanəsi” filmi Xəzərin sahilində, Bakı şəhərində tikilən Qız Qalasının yaranma səbəbindən bəhs edir. Səməd xanın həyat yoldaşı doğuş zamanı vəfat edir. Səməd xana bir qızı olduğunu və yoldaşının vəfat etdiyini xəbər verdikdə, xan əmr edir ki, körpə qızı saraydan uzaqlaşdırsınlar.

Orxan Bahadırsoy