Dövlət başçısı Siyavuş Kərimi ilə bağlı sərəncam imzalayıb
Siyavuş Əşrəf oğlu Kərimiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib.
AYNA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sənəddə qeyd edilib ki, S.Kərimiyə Prezident təqaüdü onun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təyin edilir.