Bu gün Şuşada Vaqif Poeziya Günləri başlayır

Mədəniyyət

30.08.2021 - 11:38

Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək

 

Bu gün Şuşada Vaqif Poeziya Günlərinin açılışı olacaq. Bu barədə AYNA-ya Heydər Əliyev Fondundan məlumat verilib.

 

Bildirilib ki, Heydər Əliyev Fondunun təşklatçılığı ilə keçirilən Vaqif Poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra doğma şəhərində ilk dəfədir təşkil olunur.

 

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq.

Müəllif: Ayna.az