Yazıçının adı paytaxt küçələrdən birinə veriləcək
Gələn il Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun heykəlinin açılışı olacaq.
AYNA-nın məlumatına görə, bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin 2021-ci ildə ikitərəfli münasibətlərdə cari ilin yekunlarına və Qırğızıstan-Azərbaycan əməkdaşlığının inkişaf perspektivlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, Bakı küçələrdən birinə də Çingiz Aytmatovun adı veriləcək: "Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi ilk növbədə bizim niyyətimizdir. Azərbaycan tərəfi buna razılıq verib, lakin bu barədə danışıqlar hələ tam yekunlaşmayıb".