Prezident Elçin Əfəndiyevi təltif edib

Mədəniyyət

12.05.2023 - 15:13

Xalq yazıçısı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Elçin İlyas oğlu Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, mayın 13-də Xalq yazıçısı Elçin Əfəndiyevin 80 yaşı tamam olur.

Müəllif: Ayna.az