Mirvarid Dilbazinin məzarı ziyarət olunub

Mədəniyyət

19.08.2020 - 16:07

Onun yüzlərlə şeiri Azərbaycan Ordusuna ruh, ilham verib

 

Mərhum Xalq şairi Mirvarid Dilbazinin ruhuna ehtiram olaraq, bir qrup ziyalı şairənin qəbrini ziyarət edib. AYNA-nın xəbərinə görə, anım mərasimində Xalq şairinin qızı Xatirə Dilbazi və digərləri Mirvarid Dilbazinin ömür yolu və zəngin poeziya dünyasından söhbət açıblar.

 

“Mirvarid Dilbazi Məclisi”nin sədri Güllü Eldar Tomarlı çıxış edərək bildirib ki, ömrünü poeziyamızın zənginləşməsinə həsr edən şairə həm çox dəyərli bir şair, həm müqəddəs bir ana, həm də bu vətənin qürur simvolu kimi yaddaşlara yazılıb. Onun bənzərsiz poeziyası xalq ruhunun ləli-cövhəri, şeirləri dillər əzbəri, mahnılar bəzəyidir. Uşaq şeirləri körpə balalarımızın dilinin daha səlis olmasına kömək olub. Vətənpərvərlik mövzusunda yazdığı yüzlərlə şeiri Azərbaycan Ordusuna ruh, ilham verib.

 

Qeyd edilib ki, Ulu Öndərin müvafiq Sərəncamı ilə ilk “İstiqlal” ordeni ilə təltif olunanlardan biri də Xalq şairi Mirvarid Dilbazi olub.

Müəllif: Ayna.az