Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi təsdiqlənib

Mədəniyyət

23.06.2022 - 20:39

Əməkdar İncəsənət xadimi Mirbala Səlimli katib seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqın (AKİ) İdarə Heyətinin sədri Rasim Balayev ittifaqın katibliyinin tərkibini təsdiq edib.

AKİ-dən AYNA-ya verilən məlumata görə, katibliyin əvvəlki tərkibi saxlanılıb və rejissor, Əməkdar İncəsənət xadimi, İdarə Heyətinin üzvü Mirbala Səlimli katib seçilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin katibliyinin tərkib hissəsində isə adları çəkilənlər təsdiqlənib:

Anar Rzayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Həmidə Ömərova, Mirbala Səlimli.

Müəllif: Ayna.az