Bir qrup ziyalıdan Şuşada roman təqdimatı üçün <font color=red> MÜRACİƏT</font>

Mədəniyyət

19.04.2021 - 12:33

"Sahilsiz Təzadlar" və "Sahibsiz Kölgələr" romanlarının Şuşada təqdimatı istənilir

 

Bir qrup ziyalı və tanınmış şəxs "Sahilsiz Təzadlar" və "Sahibsiz Kölgələr" romanlarının Şuşada təqdimatı üçün müraciət ünvanlayıb. AYNA xəbər verir ki, professor İsmayıl Kazımov və bir qrup ziyalı AMEA-nın Humanitar Elmlər Bölməsinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Azərbaycan Yazıçılar Birliyinə müraciət ünvanlayıb.

 

Müraciətdə deyilir: “2014- cü ildə nəşr olunan elmi, fəlsəfi, dedektiv janrda yazılmış, iri həcmli (630 s.) "Sahilsiz Təzadlar" romanının mahiyyətində milli və bəşəri dəyərlər, azərbaycançılıq məfkurəsi, Qarabağ münaqişəsi dayanmışdır. Əsərin sonu may ayında alim və ziyalıların Şuşada keçirilən konfransı ilə bitir.

 

2017- ci ildə nəşr olunan növbəti iri həcmli "Sahibsiz Kölgələr" romanı da (504 s.) eyni müqqədəs amallara xidmət edir. Bu roman "Qızıl kəlmə" mükafatına layiq görülmüşdür. Bütün bunları, həmçinin bu romanların müəllifi Sadıq Qarayevin hələ əsərləri yazarkən Şuşanın azadlığına olan inamını, orada təqdimat keçirmək arzusunu nəzərə alaraq, may ayının sonlarında Şuşada "Sahilsiz Təzadlar" və "Sahibsiz Kölgələr" romanlarının bir qurup ziyalı və yazarla birlikdə təqdimatını keçirməyə dəstək verməyi, təşkil etməyi xahiş edirik. Bu həm də dünya ictimaiyyətinı Şuşanın yeni elm və mədəniyyət mərkəzi kimi təqdim olunması istiqamətində addım olardı. Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.

 

Təşəbbüsü dəstəkləyən və bu tədbirdə iştirak etmək istəyənlər öz fikirlərini bildirə bilərlər.

 

Müraciətə imza atanlar:

 

1. Əlirza Xələfli, şair-publisist, “Kredo” qəzetinin baş redaktoru.

2. İslam Qəribli, filologiya elmləri doktoru, professor.

3. Qurban Bayramov, ədəbiyyat-tənqidçi.

4. İsmayıl Kazımov, filologiya elmləri doktoru, professor.

5. Şakir Əlifoğlu, jurnalist, “Xudafərin” qəzetinin baş redaktoru.

6. Şahlar Göytürk, filologiya üzrə fəlsəfə doktoru.

7. Zeynəddin Şabanov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.

8. Əsəd Cahangir, tənqidçi

9. Asif Mehralıyev, biologiya üzrə fəlsəfə doktoru, dosent.

10. Sənan Həsənov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.

11. Füzuli Qurbanov, fəlsəfə üzrə elmlər doktoru.

12. Şölət Zeynalov, fəlsəfə üzrə fəlsəfə doktoru. AMEA

13. Həcər Paşayeva, yazıçı

14. Nicat Məmmədov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

15. Tahir Talıblı, şair- publisist, əməkdar jurnalist.

16. Vüqar Əhməd, filologiya elmlər doktoru, professor.

17. Rüstəm Behrudi, şair.

18. Ramiz Qusarçaylı, şair, AYB üzvü.

19. Səxavət Talıblı, yazıçı AYB üzvü.

20. Polad Xəlilov, tarix üzrə fəlsəfə doktoru. AMEA

21. Zəka Vilayətoğlu, şair.

22. Nizami Muradoğlu , filologiya elmlər doktoru.

23. Mərziyyə Nəcəfova filologiya üzrə elmlər doktoru, dosent.

24. Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru, dosent.

25. Adilə Nəzər, filologiya üzrə fəlsəfə doktoru, şairə.

26. Atif İslamzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent.

27. Kənan Hacı, yazıçı, tənqidçi.

28. Əyyub Qiyas, yazıçı.

29. Əlisahib Hüseyinli, bioloq.

30. Aləm Kəngərli, yazıçı.

31. Faiq Məmmədov, kimya üzrə fəlsəfə doktoru, dosent.

32. Qalib Arif, fəlsəfə və geokimya üzrə fəlsəfə doktoru, dosent, yazıçı.

33. Vidadi Qafarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.

34. Fazil Mustafa, fəlsəfə üzrə fəlsəfə doktoru, millət vəkili.

35. Lətifə Oruc, hüquqüşnas.

36. Varis Yolçuyev, yazıçı.

37. Təranə Vahid, yazıçı.

38. Ayaz Arabaçı, şair.

39. Ləman Ələşrəfqızı, jurnalist.

40. İsmayıl İmanzadə, şair- publisist, AYB.

41. Zamin Zeynal, jurnalist.

42. Mail Yaqub, fəlsəfə üzrə fəlsəfə doktoru.

43. Rəfael Həbiboğlu, şair.

Müəllif: Ayna.az