Şəmkirdə kütləvi zəhərlənmə

Hadisə

16.07.2026 - 12:14

"Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib”

İyulun 15-də saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. AYNA.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

AYNA.AZ APA-ya istinadən bildirir ki, həmin şəxslər rayon ərazisində yerləşən restoranda keçirilən məclisdə salatdan zəhərləniblər.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş