"İsrail hökumətinin Amerika siyasətinə nə qədər təsir etdiyi barədə çox danışılır”
“İsraildə İranla müharibəni uzatmaq istəyən qüvvələr var”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti C.D.Vens deyib.
"İsrail hökumətinin Amerika siyasətinə nə qədər təsir etdiyi barədə çox danışılır. İsrail hökumətində İranla mümkün müqaviləni bəyənməyən insanlar var. Bunun birbaşa sübutları var", Vens amerikalı komediyaçı və televiziya aparıcısı Co Roqanın podkastında deyib.
"Bildiyimiz kimi, onların sistemində şübhəsiz ki, ABŞ-da ictimai rəyi manipulyasiya edən və müharibənin qeyri-müəyyən müddətə davam etməsi üçün onu dəyişdirməyə çalışan insanlar var. Hər hansı bir konkret məqsəd üçün deyil, sadəcə qeyri-müəyyən müddətə", o əlavə edib.