“Prezident Tramp ABŞ ticarət danışıqçısına əksər Braziliya idxalına 25 faiz tarif tətbiq etməyi tapşırıb"
Ağ Ev administrasiyası Braziliyadan ABŞ-a göndərilən əksər mallara 25 faiz tarif tətbiq etmək qərarına gəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio deyib.
Dövlət katibi “X”də yazıb: "Bu gün Prezident Tramp ABŞ ticarət danışıqçısına əksər Braziliya idxalına 25 faiz tarif tətbiq etməyi tapşırıb".
Bu addımın səbəblərini izah edən Rubio iddia edir ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva və onun hökuməti ABŞ ilə vicdanla danışıqlar aparmayıb.
Dövlət katibi vurğulayıb ki, "onun iqtisadi siyasəti amerikalılara və braziliyalılara zərər verir".
"Son bir il ərzində Lula da Silva Braziliya xalqının rifahı naminə razılığa gəlmək əvəzinə öz eqosunu üstün tutub və bu tariflər onun bunun üçün ödədiyi qiymətdir", - deyə Rubio vurğulayıb.