Bundan əvvəl türk qadınını təhqir etmişdi
Türkiyənin tanınmış aktyoru Mehmet Akif Alakurtun haqqında türk bayrağını təhqir etdiyinə görə cinayət işi açılıb. AYNA xəbər verir ki, aktyor Türkiyə bayrağınının şəklini paylaşıb və belə yazıb: "Rıfkı Cumhuriyyətinin bayrağı deyilmi bu?"
Aktyor bu paylaşımla Türkiyə dövlətinin gücünü aşağılamaqda, dövlət nişanına hörmətsizlikdə ittiham olunur.
Sosial şəbəkə istifadəçilərinin paylaşımı şikayət etməsindən sonra aktyorla bağlı araşdırma başladılıb. Tanınmış aktyor Mehmet Akif Alakurt bundan əvvəl də türk qadınını ələ salan paylaşımlar etmiş və çoxsaylı tənqidə tuş gəlmişdi. Akytor Braziliyada yaşadığı və bu paylaşımları Türkiyədə olmamasına güvənərək etdiyi bildirilir.