Argentina Böyük Britaniyaya nota verib

Dünya

16.07.2026 - 14:11

Hərbi gəminin keçməsi səbəbindən Britaniyaya etiraz edilib

Argentina Xarici İşlər Nazirliyi (XİN) Britaniya hərbi gəmisi “HMS Medway”in Buenos Ayresin iddia etdiyi sulardan keçməsindən sonra Böyük Britaniyaya rəsmi etiraz notası göndərib. AYNA.AZ xəbər verir ki, bu barədə XİN-in məlumatında qeyd edilib.

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfirliyinə mövcud ikitərəfli müqavilələrə uyğun olaraq lazımi qaydada məlumatlandırılmayan Folklend adalarında (Malvinas adaları) qanunsuz olaraq yerləşdirilən “HMS Medway” gəmisinin hərəkətlərinə qarşı sərt etirazını bildirən rəsmi etiraz notası göndərilib", - deyə məlumatda vurğulanıb.

Argentina hakimiyyətinin Böyük Britaniyanın hərəkətlərinə qarşı sərt etiraz bildirdiyi və “Britaniya hərbi gəmisinin keçidini ölkənin yurisdiksiyasının pozulması” adlandırdığı bildirilir.

Bundan əlavə, nazirlik bəyan edib ki, Böyük Britaniyanın hərəkətləri hərbi sahədə etimadın artırılması tədbirləri ilə bağlı ikitərəfli razılaşmaları pozur. Buenos-Ayresin fikrincə, “bu, BMT Baş Assambleyasının suverenlik mübahisəsi həll olunana qədər adaların statusunun dəyişdirilməsinin yolverilməzliyi ilə bağlı qətnaməsinə zidd olan birtərəfli addımların davamıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş