Eldar Quliyev vəfat edib

Mədəniyyət

16.04.2021 - 11:10

80 yaşlı Xalq artisti bu gün səhər dünyasını dəyişib

 

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev vəfat edib. AYNA xəbər verir ki, bu barədə Kinematoqrafçılar İttifaqının Mətbuat Xidmətindən bildirilib.

 

80 yaşlı Xalq artisti bu gün səhər dünyasını dəyişib.

 

Mərhumun harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

 

Qeyd edək ki, E.Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılmışdı. Lakin vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.

Müəllif: Ayna.az