PSJ-nin qələbə şənliyində 4 azarkeş xəsarət alıb

Dünya

01.06.2025 - 13:58

cedabet dərman SEO Xidməti

Sükan arxasında olan şəxsin hərəkətləri qəsdən olmayıb

Fransanın Qrenobl şəhərində avtomobil PSJ-nin Çempionlar Liqasındakı qələbəsini qeyd edən bir qrup futbol azarkeşinin üzərinə sürüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Bildirilib ki, nəticədə 4 nəfər xəsarət alıb. Onlardan ikisi qadın və ikisi kişidir. Maşın onları mərkəzi tramvay relsləri ilə yüksək sürətlə hərəkət edərkən vurub.

Qəzetin yazdığına görə, sükan arxasında olan şəxsin hərəkətləri qəsdən olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş