Əsas səhifə Haqqımızda Xəbər lenti

Bu il TANAP-la Türkiyəyə 790 mln. kubmetr qaz nəql edilib

Bu il TANAP-la Türkiyəyə 790 mln. kubmetr qaz nəql edilib

Bu ilin yanvar-may aylarında Trans-Anadolu qaz kəmər (TANAP) vasitəsilə Türkiyəyə 790 mln. kubmetr Azərbaycan qazı nəql edilib.

"Ayna" SOCAR-a istinadən xəbər verir ki, istifadədə olan bir il ərzində bu kəmərlə 1,8 mlrd. kubmetr qaz nəql edilib. Cari ilin sonunadək kəmərlə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəqlinə imkan verdiyini vurğulayan baş direktorun sözlərinə görə, 6 mlrd. kubmetr təbii qaz Türkiyə üçün, yerdə qalan 10 mlrd. kubmetr təbii qaz isə Avropaya veriləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.

12 İyun 2019 14:20
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin