Altmış iki yaşlı Azərbaycan xalçası yad ayaqlar altında - FOTO

Altmış iki yaşlı Azərbaycan xalçası yad ayaqlar altında -       FOTO

"Yaşlı almanların evlərində istifadə etdikləri bəzi xalçalar Azərbaycana məxsus olur"

 

Azərbaycana gələn turistlərin bizdən alıb apardıqları hədiyyələr arasında xalçaçılıq nümunələri çoxluq təşkil edir. Xüsusən, ötən əsrə və daha uzaq keçmişə aid xalçalar hər zaman əcnəbilərin marağına səbəb olur. Xaricilərin tarixi mədəniyyətimizə böyük maraq göstərmələri, incəsənət nümunələrimizlə öz evlərini bəzəmələri təbii ki, sevindiricidir.

 

Ancaq tariximizi özündə yaşadan incəsənət nümunələrimizi öz ölkəmizdə yerləşən muzeylərdə yox, yad ellərdə görmək hər bir azərbaycanlını məyus edir. Təəssüflər olsun ki, xarici ölkələrdə yaşayan soydaşlarımız belə hallarla tez-tez rastlaşırlar və bunu ürək ağrısı ilə qarşılayırlar.

 

AYNA xəbər verir ki, belə hadisələrdən biri barədə tanınmış vəkil Bəhruz Bayramov sosial şəbəkə hesabında məlumat verib.

 

“Uzun müddət Almaniyada yaşayan bir dostum mənə foto göndərib. Deyir, “Qonşularımızın çoxu yaşlı almanlardır. Yaşlı almanların evlərində istifadə etdikləri bəzi xalçalar Azərbaycana məxsus olur. Yaşlı alman məni evinə dəvət etdi. Evində 1957-ci ilə məxsus Azərbaycan xalçası vardı””, - deyə B.Bayramov qeyd edib.

 

Müəllif: Ayna.az      11 Oktyabr 2019 16:50
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin