Əsas səhifə Haqqımızda Xəbər lenti

İlin ilk Günəş tutulması baş verir

İlin ilk Günəş tutulması baş verir

Tutulma hadisəsi saat 12:12:15-də başlayıb və 17:11:16-da sona çatacaq

 

Bu ilin ilk Günəş tutulması başlayıb. Şamaxı Astrofizika Rəsədxanasından AYNA-ya verilən məlumata görə, bu tutulma həlqəvari Günəş tutulmasıdır.

 

Tutulma hadisəsi saat 12:12:15-də başlayıb və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.

 

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

 

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Müəllif: Ayna.az      10 İyun 2021 12:28
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin