Əsas səhifə Haqqımızda Xəbər lenti

Moskva 120 min azərbaycanlını qovmaqla nəyə nail olmağa çalışır – MİQRANT HƏDƏSİ

Moskva 120 min azərbaycanlını qovmaqla nəyə nail olmağa çalışır –       MİQRANT HƏDƏSİ

Kremldən qonşu ölkələrin hakimiyyətlərinə mesaj: bizi sizin vətəndaşlara toxunmamağa inandırın

 

Bu yaxınlarda Rusiya Daxili İşlər Nazirliyi (DİN) MDB dövlətlərinə Rusiyada qanunsuz yaşayan vətəndaşlarının iyunun 15-ə qədər ölkəni tərk etmələri tələbi ilə müraciət etdi. Rusiya mətbuatı xəbər verir ki, bu barədə MDB Parlamentlərarası Assambleyasının iclasında Rusiya DİN rəhbərinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.

 

Nazir müavininin slaydda göstərdiyi DİN-in statistikasına görə, bu gün Özbəkistandan Rusiyada 332 mindən çox, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min qaçaq miqrant var.

 

“Əgər biz iyunun 15-dək bu rəqəmləri düzəltməsək, bu insanlar sərhədlərin xaricinə və qapıların onların üzünə bağlanmasına qədər cəzalandırılacaqlar. Media və bloqerlərlə işləməklə ölkələrinizdə təşviqat işi aparmağınızı istərdim”, - Qorovoy deyib.

 

O, həmçinin “miqrasiya rejimlərinin pozulmasına görə dövlətlərinizin vətəndaşlarına heç bir hüquq tətbiqetmə şamil olunmayacağına” əmin etdi.

 

Xatırladaq ki, dekabrın ortalarında Prezident Vladimir Putinin fərmanı ilə, koronavirusla əlaqəli miqrantların Rusiyada müvəqqəti qalma müddəti 15 iyun 2021-ə qədər uzadılıb.

 

Yəni sual yaranır: Bu yeni həll yolu necə izah edilə bilər? Axı, son vaxtlara qədər Rusiya mətbuatı səs-küy salırdı ki, sərhədlər bağlıdır, əmək miqrantlarının Rusiya Federasiyasına girməsinə icazə verilmir, iş axsayır - ölkədə tikinti sahələrində, küçələri təmizləmək üçün, ümumiyyətlə, qastarbayterlərin cəlb olunduğu bütün sahələrdə bir çox şəhərlərdə işçi çatışımır və s. Və birdən-birə Daxili İşlər Nazirliyindən belə bir açıqlama...

 

Rusiya hakimiyyəti nəyə nail olmağa çalışır? Belə çıxır ki, yalnız Azərbaycana, təqribən 120 min işsiz qayıtmalı olacaq – onların taleyi necə olacaq? Vətəndə iş tapacaqlarmı? Moskva bu addımın MDB ölkələrindəki imicinə ciddi zərbə vuracağını başa düşürmü?

 

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

 

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu:

ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:

“Rusiya daxili işlər nazirinin müavininin bu açıqlaması ilə tanışam və düzü, məni heç bir şəkildə təəccübləndirmədi. Çünki Rusiya hakimiyyəti hər zaman miqrantlarla bağlı spekulyasiya edir və hər zaman bundan əmək miqrantları gələn MDB ölkələrinə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Vəziyyət həqiqətən paradoksaldır: hər şeydən əvvəl çox ciddi demoqrafik problemlər və işçi qüvvəsi çatışmazlığı, xüsusən də ixtisas tələb edilməyən işlərdə əmək miqrantlarına ehtiyac duyan Rusiyanın özüdür.

 

Miqrantlara yanaşmanın indiki kəskin dəyişməsi düşünürəm ki, Rusiyada yenidən siyasi maraqların iqtisadi maraqlar üzərində dominantlıq etməsidir. Çünki iqtisadi və hətta demoqrafik baxımdan bu gün Moskva üçün, xüsusən postsovet ölkələrindən olan əmək miqrant axınını stimullaşdırmaq faydalı olardı, çünki onlarla mədəni uyğunluq problemi yoxdur - bu insanlar ən azından rus dilini minimal səviyyədə bilir və Rusiyanı az-çox tanıyırlar. Rusiyada mövcud olan ksenofobiya və irqçilik səviyyəsini nəzərə alsaq, postsovet ölkələrindən olmayan miqrantların bu ölkədə yaşaması daha çətindir.

 

Ancaq bu gün Rusiya xarici siyasətinin gündəmində Avrasiya iqtisadi məkanında, Gömrük İttifaqında, eləcə də KTMT daxil olmaqla keçmiş SSRİ respublikalarını tam tabe etmək vəzifəsi durur. Və bunun üçün Moskva müxtəlif vasitələrdən istifadə edir. Belarusa gəldikdə, Lukaşenko asılı vəziyyətdə saxlanılır, onu daim çevrilişlər və ya rəngli inqilab cəhdləri ilə qorxudurlar. Ukrayna ilə hər şey aydındır. Qazaxıstana ərazi iddiaları edilməyə başlayıb. Moldovanı separatçılar vasitəsi ilə öz iradələrinə tabe etməyə çalışırlar. Təxminən Gürcüstan üçün eyni ssenari reallaşdırılır. Demoqrafik problemi olmayan və əhalinin təbii artımı hələ də normal səviyyədə olan digər ölkələrə - Orta Asiya ölkələrini və Azərbaycanı nəzərdə tuturam – münasibətdə Rusiya miqrant problemindən istifadə etməyə başlayır.

 

Bu tədbirlərin yaxşı bir perspektivi olmadığını düşünürəm. Nəticə etibarilə Rusiyanın özü bundan MDB ölkələrindən daha çox əziyyət çəkəcək, çünki bu, onların Moskvaya olan inamlarını sarsıtmaqla yanaşı, bu ölkələrlə Rusiya Federasiyası arasında ikitərəfli münasibətləri də pisləşdirəcək”.

 

Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov:

Oxu.az - Ekspert Mixail Neyjmakov: “Çətin ki, Rusiya Bakının mövqeyini  görməzdən gəlsin”

“Çətin ki, Rusiya hakimiyyəti indi əmək miqrantlarının ölkədən kütləvi şəkildə çıxarılmasına köklənib - bir sıra məmurların açıqlamaları bunun əksini göstərir. Xatırlamaq kifayətdir ki, Prezidentin mətbuat katibi Dmitri Peskov 2021-ci ilin aprelində “iddialı planlarımızı həyata keçirmək üçün bizdə həqiqətən lazımi qədər miqrantlar çatışmır” demişdi. Bundan əlavə, inşaat kompleksinə nəzarət edən Baş nazirin müavini Marat Xusnullin miqrantların axınını Rusiya mənzil bazarında bahalaşma səbəblərindən biri adlandırdı. 2021-ci ilin fevralında Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri aqrosənaye kompleksinə xarici işçilərin cəlb edilməsinə ehtiyac məsələsini qaldırdılar.

 

Bu səbəbdən daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoyun qanunsuz miqrantlarla bağlı açıqlaması bu cür şəxslərin Rusiyadan kütləvi şəkildə çıxarılmasına deyil, onların leqallaşdırılması üçün yeni tədbirlərə hazırlıq ola bilər. Ən azı 2021-ci il aprel ayının əvvəllərində, əvvəllər miqrasiya qanunvericiliyi normalarını pozmuş xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkədə qalmalarını leqallaşdırmaq imkanları yaradan bir qanun layihəsinin artıq Daxili İşlər Nazirliyi tərəfindən hazırlandığı bildirilirdi.

 

Bundan əlavə, Daxili İşlər Nazirliyinin nümayəndələrinin açıqlamalarının bir sıra işçi qüvvəsi verən dövlətlərin Avrasiya İqtisadi Birliyinə daxil olma perspektivlərinə əlavə diqqət cəlb etmək məqsədi daşıması da mümkündür.

 

Parlamentə seçki kampaniyası dövründə (bildiyiniz kimi, Rusiyada 2021-ci ilin sentyabrında Dövlət Dumasına seçkilər keçiriləcək) miqrasiya mövzusundan da istifadə etmək mümkündür. Hər şeydən əvvəl, ənənəvi olaraq bu məsələyə müraciət edən siyasi qüvvələr - məsələn, Liberal Demokrat Partiyası tərəfindən bu məsələ siyasi xal qazanmaq üçün istifadə edilə bilər. Ancaq bu günə qədər bu məsələ siyasi gündəmin mərkəzində deyil və yaxın aylarda ona marağın kökündən artacağı da bir fakt deyil”.

 

Politoloq Zərdüşt Əlizadə:

Картинки по запросу

“Cənab Qorovoyun bu mesajı Rusiya Prezidentinin, özünüz də qeyd etdiyiniz kimi, qanunsuz olaraq Rusiyada qalmış miqrantların qalma müddətini 15 iyuna qədər uzanan fərmanının icrası üçün bir tədbirdir. Şairin dediyi kimi: “daha nə var?”

 

Putin əmr verdi, nazir müavini əmri icra etməyə başladı. Bu tədbir MDB ölkələrinə qarşı yönəlmiş bir addımdırmı? Bu yaxınlarda Azərbaycanın 600-dən çox xaricini öz ərazisindən çıxardığı bildirildi. Azərbaycan bu addımı ilə kimlərləsə mübahisə etməyə, münasibətləri pisləşdirməyə qərar verdi? Bəli, hər hansı bir dövlət, ərazilərində əcnəbilərin olma qaydalarına dair qanunlar da daxil olmaqla, qanunlarına riayət etməyə çalışır.

 

Rusiya iqtisadiyyatında miqrantların rolu vacibdir, lakin kritik deyil. Rusiya ərazisində qanuni olaraq, tələb olunan bütün sənədləri, qeydiyyatı olan miqrantlar, işləməyə, qazanmağa və pul köçürmələri ilə qohumlarını dəstəkləməyə davam edəcəklər. Rusiya miqrantlara qarşı etnik zəmində heç bir düşmənçilik hərəkəti həyata keçirmir. Yalnız miqrantların vəziyyətini qanuna uyğun şəkildə düzəltməyə çalışır.

 

Vətənə dönəcək 120 min azərbaycanlı nə etməlidir? Azərbaycanda onlar üçün iş yoxdur? İlham Əliyev Qarabağın bərpası üçün geniş bir proqram elan etdi. Onları işə götürmək və Qarabağın bərpasına cəlb etmək olar. Azərbaycanda onlara iş var.

 

Moskvanın qərarı yalnız savadsız insanların hisslərinə toxuna  bilər. Heç olmasa, azacıq düşünə bilən insanlara məsələnin mahiyyəti aydındır: Rusiya daxili işlərini qaydasına salır. İndi o, elitanın korrupsiyasını cilovlaya bilsə və insanların pullarını müxtəlif xarici parazitlərə xərcləməyi dayandırsa, rus xalqı bir az yaxşı yaşaya bilər”.

 

Moldovalı analitik, tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andriyevski:

No description available.

“Rusiyada kəskin işçi çatışmazlığı var. Və bu vəziyyətdə Rusiya hakimiyyətinin bir milyona yaxın miqrantın ölkəni tərk etməsinə hazır olduğunu təsəvvür etmək çətindir. Bəs bu açıqlamanın səbəbi nədir?

 

Çox güman ki, bu açıqlamalar vətəndaşları Rusiyada olan MDB dövlətlərinin Kremli ölkələrindən gələn miqrantlara toxunmamağa inandırmaq üçün imkanlar axtarmağa başlaması üçün edilir. Səbəbi də bəllidir. İndi bu ölkələrdə pandemiya səbəbindən işsizlik artıb və miqrantların geri qayıtması sosial gərginliyin artmasına səbəb ola bilər. Bu dövlətlərin problemlərinin qabarmamasına dəstək verən Rusiya bu ölkələrə siyasi təsirini artıra bilər”.

 

Qazaxıstanlı politoloq Kazbek Beysebayev:

No description available.

“Bu qərarın daha çox iqtisadi xarakter daşıdığını düşünürəm. Pandemiya adi ruslara ciddi şəkildə təsir etdi və bir çoxu işsiz qaldı. Başqa sözlə, təcili olaraq onlara iş tapmaq lazımdır.

 

Bu edilməzsə, sosial gərginlik artacaq. Dövlət Dumasına seçkilərdən, yerli qanunvericilik məclislərindən və bəzi bölgələrdə qubernator seçkilərindən əvvəl belə vəziyyət heç bir şəkildə hakimiyyətə lazım deyil.

 

Xatırladım ki, seçkilər sentyabr ayında keçiriləcək. Rusiya hakimiyyət orqanlarının hazırkı qərarını bununla izah edə bilərəm”.

 

Ukraynalı siyasi ekspert, Doktrina Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko:

Ярослав Бойко впервые рассказал о любовнице

“Bu qərar qismən Dövlət Dumasına seçkilərdən əvvəl Rusiya Federasiyasındakı hakimiyyətin seçki populyarlığını stimullaşdırmaq məqsədi daşıyır. Əslində bu, hakmiyyətə “dostlar-düşmənlər” xəttini davam etdirərək və bir daha Rusiya səlahiyyətlilərinin fikrincə, xarici vətəndaşlardan gələn təhdidlərə diqqət yetirərək, milli kimlik uğrunda mübarizə aparanların görüntüsünü yaratmağa kömək edir.

 

İdeoloji baxımdan Rusiyadakı hakim partiya bu və ya digər dərəcədə Rusiya Federasiyasının təcrid olunmasına və ruslar üçün kütləvi mədəniyyətdə qonşu ölkələrdən pul qazanmaq üçün gələn miqrantlarla təcəssüm etdirilən xarici bir təhlükə görüntüsü yaratmağa kömək edir. Antimiqrant əhval-ruhiyyəsi güclü bir hakimiyyət ehtiyacını artırır ki, Kreml də bununla spekulyasiya etmək istəyir”.

Müəllif: Rauf Orucov      21 Aprel 2021 13:15
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin