Əsas səhifə Haqqımızda Xəbər lenti

Putinlə Paşinyan arasında görüş yaxın saatlarda başlayacaq

Putinlə Paşinyan arasında görüş yaxın saatlarda başlayacaq

“Danışıqlarda ikitərəfli məsələlər, Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi müzakirə olunacaq”

 

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada görüş yaxın saatlarda başlayacaq. Artıq Paşinyan Moskvadadır. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

 

Kreml rəsmisi bildirib ki, danışıqlarda ikitərəfli məsələlər, Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi müzakirə olunacaq: “Əlbəttə, görüşün gündəliyi ikitərəflidir. Aktiv hökumətlərarası komissiyamız var. Bunlar inteqrasiya prosesləridir - həm MDB çərçivəsində, həm də Avrasiya İqtisadi Birliyi çərçivəsində sıx əməkdaşlığımız, qarşılıqlı fəaliyyətimiz var. Bundan əlavə, Putin və Paşinyan şübhəsiz ki, Qarabağla bağlı üçtərəfli bəyanat məsələlərini və dinc yaşayışın qurulması, nəqliyyat infrastrukturunun blokunun açılması məsələlərini müzakirə edəcəklər”.

Müəllif: Ayna.az      7 Aprel 2021 16:07
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin