Gəncədə ölənlərin sayı 12-yə çatıb, 40-dan çox yaralı var

Gəncədə ölənlərin sayı 12-yə çatıb,       40-dan çox yaralı var

İstintaq-əməliyyat tədbirləri həyata keçirilir

 

"Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir".

 

Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir", - deyə məlumatda qeyd edilir.

Müəllif: Ayna.az      17 Oktyabr 2020 07:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin