Əsas səhifə Haqqımızda Xəbər lenti

Xaçmazda arvadının qətlində şübhəli bilinən ər tutulub

Xaçmazda arvadının qətlində şübhəli bilinən ər tutulub

Cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib

 

Avqustun 10-da, saat 14 radələrində Xaçmaz rayonu ərazisində Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

İstintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Rəşad Rəşidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir. 

Müəllif: Ayna.az      11 Avqust 2020 11:09
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin