Əsas səhifə Haqqımızda Xəbər lenti

Latviyada 8 azərbaycanlı tələbə təqaüd alacaq

Latviyada 8 azərbaycanlı tələbə təqaüd alacaq

Ən çox təqaüd əldə etmiş 10 ölkə arasında Azərbaycan 8-ci yerdədir

 

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2020-2021-ci tədris ili Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən keçirilən müsabiqə nəticəsində 8 azərbaycanlı gənc bu ölkənin təqaüdünə layiq görülüb. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan digər 27 ölkə üzrə ən çox təqaüd əldə etmiş 10 ölkə arasında Azərbaycan 8-ci yerdədir.

 

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia”, “Vidzeme University of Applied Sciences”, “Rīga Stradiņš University” və “Turība University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.

 

Müvafiq təqaüd proqramı barədə elan cari ilin 14 fevral tarixində verilib.  

Müəllif: Ayna.az      23 İyul 2020 12:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin