Qarabağda qondarma “andiçmə” mərasimi keçirilib

Qarabağda qondarma “andiçmə” mərasimi keçirilib

Mərasimdə Ermənistanın Baş Naziri Nikol Paşinyan da iştirak edib

 

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Araik Arutyunyanın “andiçmə” mərasimi keçirilib. AYNA Sputnik Ermənistan-a istinadən xəbər verir ki, o, “Konstitusiya”nın tələblərini qeyd-şərtsiz yerinə yetirəcəyinə, insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmətlə yanaşacağına və fəaliyyəti dövründə “respublika”nın suverenliyini, müstəqilliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü təmin edəcəyinə söz verib.

 

Mərasimdə Ermənistanın Baş Naziri Nikol Paşinyan başda olmaqla, yüksək vəzifəli Yerevan rəsmiləri də iştirak ediblər.

Müəllif: Ayna.az      21 May 2020 19:02
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin