ABŞ növbəti səhiyyə böhranı ilə üzləşə bilər

ABŞ növbəti səhiyyə böhranı ilə üzləşə bilər

Redfild: “Mövsümi qripin də yayıldığı zaman bu, pis nəticələrə səbəb olacaq”

 

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Mərkəzinin (CDC) direktoru Robert Redfild koronavirusla bağlı xəbərdarlıqlar edib. AYNA xəbər verir ki, o, bu barədə İngiltərənin “Financial Times” qəzetinə açıqlama verib.

 

Açıqlamada, Redfild COVID-19-un yayılma sürətini artırdığına görə, xüsusilə Cənubi Amerikada pandemiyanın yenidən yayıla biləcəyini söyləyib: “ABŞ önümüzdəki aylarda xəstəliklərin monitorinq sistemini genişləndirməlidir. Əks halda növbəti səhiyyə böhranı ilə üzləşəcək və mövsümi qripin də yayıldığı zaman bu, pis nəticələrə səbəb olacaq”.

 

“Hamımız Braziliyada nə baş verdiyini görürük və düşünürəm ki, bu xəstəlik Şimali Amerikada da yenidən canlana bilər. Heç kimin günahı yoxdur. Sadəcə ölkəmiz buna hazırlıqsız idi”, - deyə CDC rəsmisi əlavə edib. 

Müəllif: Ayna.az      21 May 2020 20:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin