Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyəni qayıqla tərk etmək istəyən miqrantlar saxlanılıb

Türkiyəni qayıqla tərk etmək istəyən miqrantlar saxlanılıb

Miqrantlardan 17-si uşaqdır

 

Türkiyədən dəniz yolu ilə qanunsuz olaraq Yunanıstana keçmək istəyən 53 miqrant saxlanılıb. AYNA Türkiyə mərbuatına istinadən bildirir ki, Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər ölkənin Miqrasiya Xidmətinə təhvil verilib.

 

İki rezin qayıq vasitəsilə ölkəni tərk etmək istəyən miqrantlardan 17-si uşaqdır.

 

Qeyd edək ki, müxtəlif vaxtlarda miqrantlar qanunsuz olaraq ölkəni tərk etməyə cəhdlər göstərirlər.

Müəllif: Ayna.az      12 May 2020 13:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin