“PUA Yəmənin hava məkanını pozdu və Hudeydə əyalətinin hava məkanında düşmən missiyaları həyata keçirdi”
Yəmənin hava hücumundan müdafiə qüvvələri ABŞ-ın “MQ-9 Reaper” pilotsuz uçuş aparatını (PUA) Yəmən üzərində məhv edib. AYNA.AZ xəbər verir ki, bu barədə martın 4-də Yəmənin “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Sariya məlumat verib.
“PUA Yəmənin hava məkanını pozdu və Hudeydə əyalətinin hava məkanında düşmən missiyaları həyata keçirdi”, Sariya “Telegram” kanalında yazıb.
Sariyanın sözlərinə görə, bu, Yaxın Şərqdə eskalasiya zamanı “Ənsar Allah” tərəfindən məhv edilən bu tipli 15-ci Amerika PUA-sıdır.