Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirilib

Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirilib

Koronavirus təhlükəsinə qarşı tədbirlər davam etdirilir 

 

Azərbaycanın milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

 

Bu barədə AYNA-ya “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.

 

"AZAL Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər", - məlumatda bildirilir.

 

Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1 098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

 

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Müəllif: Ayna.az      18 Mart 2020 21:36
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin