"Xırdalan" yarımstansiyası yenidən qurulur

"Xırdalan" yarımstansiyası yenidən qurulur

Yarımstansiyada işlərin böyük hissəsi artıq yekunlaşıb və yaxın müddətdə işlər tamamlanacaq

 

“Azərenerji” ASC Bakı və Abşeron yarımadasının 60%-ə yaxın ərazisini elektrik enerjisi ilə təchiz edən və paytaxtdakı əksər 110 kilovoltluq yarımstansiyaları qidalandıran sistem əhəmiyyətli 220 kilovoltluq “Xırdalan” yarımstansiyasını yenidən qurur. 

 

AYNA-ya bu barədə qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev məlumat verib.

 

Məlumatda bildirilir ki, 1953-cü ildə tikildiyindən istismar müddətini çoxdan keçən yarımstansiya, əhalinin o cümlədən iqtisadiyyatın artan tempini qarşılamaq, qəzaların qarşısını almaq, itkiləri azaltmaq, eyni zamanda paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsi məqsədilə avadanlıqlar bütün parametrlər üzrə yenilənir: “Artıq “Xırdalan” yarımstansiyasında 220 və 110 kilovoltluq açıq paylayıcı qurğuların yeni texnologiyalar əsasında yenidən qurulması prosesi və bütövlükdə metal-konstruksiya işləri başa çatıb".

 

Həmçinin qeyd olunur ki, ərazidə yeni inzibati bina tikilib: "Müasir tipli, məsafədən idarəolunan SCADA dispetçer sistemi qurularaq ümumi sistemə qoşulacaq və məlumatları qəbul etməklə yanaşı sistemə ötürəcək. Yarımstansiyada işlərin böyük hissəsi artıq yekunlaşıb və yaxın müddətdə işlər tamamlanacaq". 

 

Qeyd edək ki, “Azərenerji” “Reabilitasiya Proqramı” çərçivəsində 12 elektrik stansiyasında və 20 yarımstansiyada kompleks şəklində yenidənqurma, təmir və bərpa işləri həyata keçirir.

Müəllif: Ayna.az      10 Mart 2020 11:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin