Ərəb Baş Nazirə qarşı sui-qəsd

Ərəb Baş Nazirə qarşı sui-qəsd

Müvəqqəti hökumət başçısı hücuma məruz qalıb

 

Sudan Ərəb Respublikasının Baş Naziri Abdullah Həmduk paytaxt Xartum şəhərində sui-qəsdə məruz qalıb. AYNA xəbər verir ki, bu barədə ölkənin yerli televiziya kanalları məlumat yayıb.

 

Ömər əl-Bəşirin devrilməsindən sonra müvəqqəti hökumət başçısı təyin olunan Həmduk hücumdan sonra təhlükəsiz yerə aparılıb. Şahidlərin açıqlamlarına görə, hadisə Xartum şəhərinin mərkəzində yerləşən Kober körpüsünün girişində meydana gəlib.

 

Lakin hadisə ilə bağlı hələlik hər hansı rəsmi məlumat verilməyib.

Müəllif: Ayna.az      9 Mart 2020 18:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin