Koronavirus yeni materikə sıçradı

Koronavirus yeni materikə sıçradı

Qonşu İranda isə bu virus üzündən ölənlərin sayı artır

 

İran Səhiyyə Nazirliyi koronavirusa yoluxaraq ölənlərin sayının 19-a çatdığını açıqlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, iranlı rəsmilər son 24 saat ərzində 44 nəfərdə virus aşkarlandığını bildiriblər. Bununla da İranda virusa yoluxanların sayı 139-a yüksəlib.

 

Bundan əlavə, virus Avropada da sürətlə yayılmaqda davam edir. Artıq Fransada koronavirus üzündən ikinci ölüm hadisəsi qeydə alınıb və virusa yoluxanların ümumi sayı 17 nəfərə çatıb.

 

Avropada virusun ən çox yayıldığı İtaliyada isə ölənlərin sayı 12-dək artıb. Bu günə qədər ölkədə 322 nəfərin koronavirusa yoluxduğu qeyd olunub.

 

Bu arada, təhlükəli virus artıq Cənubi Amerika materikində qeydə alınıb. Belə ki, Braziliya hökuməti ölkədə ilk dəfə olaraq koronavirus aşkarlandığını açıqlayıb. Bununla da Braziliya Cənubi Amerikada COVİD-19 aşkar edilən ilk ölkə olub.

Müəllif: Ayna.az      26 Fevral 2020 17:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin