Həsən Ruhani: “Təyyarənin vurulmasında əli olan hər kəs cəzalandırılacaq”

Həsən Ruhani: “Təyyarənin vurulmasında əli olan hər kəs cəzalandırılacaq”

“Təyyarənin raketlərlə hədəfə alınması bağışlanılmaz bir səhv idi”

 

İran Prezidenti Həsən Ruhani, Tehranda Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı yeni açıqlama verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hücuma görə, SEPAH-ın məsuliyyəti öz üzərinə götürdüyünü bildirən Ruhani, 176 nəfər sərnişin və ekipajın ölümünə səbəb olan raketin atılmasında əli olan hər kəsin cəzalandırılacağını söyləyib.

 

Həsən Ruhani təyyarənin raketlərlə hədəfə alınmasının bağışlanılmaz bir səhv olduğunu bir daha təkrarlayıb.

 

Qeyd edək ki, təyyarə qəzasından sonra Tehran hadisəni gizlətməyə çalışsa da, sonradan raket hücumunu etiraf etmişdi. Hökumətin münasibətindən qəzəblənən iranlılar, bir neçə gündür paytaxt Tehranda etiraz nümayişləri keçirirlər.

Müəllif: Ayna.az      14 Yanvar 2020 14:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin