Tramp Londona gedib

Tramp Londona gedib

NATO ölkələri ümumilikdə 2024-cü ilədək müdafiə xərclərini artırmaq niyyətindədir

 

ABŞ prezidenti Donald Tramp NATO-nun sammitində iştirak etmək üçün Londona gedib.

 

AYNA xəbər verir ki, bu barədə "Reuters" bildirib.

 

Alyansın Böyük Britaniyanın paytaxtındakı sammiti dekabrın 3-dən 4-dək keçiriləcək. Sammitdə ittifaqın üzvü olan 29 ölkənin, həmçinin Şimali Makedoniyanın nümayəndələri iştirak edəcəklər.

 

"Axios" nəşrinin məlumatına görə, Tramp sammitdə Avropa müttəfiqləri tərəfindən müdafiə xərclərinin artımı faktını müzakirə etmək niyyətindədir.

 

Noyabrın sonunda məlum olub ki, Almaniya 2021-ci ildən NATO büdcəsinə Birləşmiş Ştatlar səviyyəsində ödəniş edəcək. AFR-ın payı hazırkı 14,8%-dən 16,35%-ə qədər artacaq. ABŞ-ın alyansın büdcəsində payı 22,1%-dən 16,35%-ə qədər azalacaq.

 

Qeyd edək ki, NATO ölkələri ümumilikdə 2024-cü ilədək müdafiə xərclərini artırmaq niyyətindədir. Alyans ölkələrinin yenilənmiş planlarına əsasən 2024-cü ilədək NATO-nun məcmu hərbi xərcləri 400 milyard dollar artacaq.

 

Müəllif: Ayna.az      3 Dekabr 2019 08:20
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin