Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda müəllim iki azyaşlı övladı ilə birlikdə dəm qazından ölüb - FOTO

Azərbaycanda müəllim iki azyaşlı övladı ilə birlikdə dəm qazından ölüb -                   FOTO

Bir ailənin üç üzvü dəm qazından boğularaq ölüb

 

Bu gecə Gəncə şəhərində faciəvi hadisə baş verib. AYNA-nın əldə etdiyi məlumata görə, bir ailənin üç üzvü hamamda dəm qazından boğularaq ölüb.

 

Hadisə Yeni Gəncə adlanan ərazidə baş verib. Mərhumların cəsədlərini hamamda yaxınları aşkarlayıblar.

 

Dəm qazından boğularaq ölən şəxslər - Xırdalan şəhər 2 saylı orta məktəbin İngilis dili müəllimi Leyla Məmmədova və onun iki azyaşlı övladı Murad Məmmədov və Xədicə Məmmədovadır. Onlar bayramı qeyd etmək üçün Gəncə şəhərində yaşayan yaxınlarının yanına gediblərmiş. 

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      8 Mart 2021 13:12
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin