Əsas səhifə Haqqımızda Xəbər lenti

Aktyor Ağaxan Şərifov vəfat edib

Aktyor Ağaxan Şərifov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Ağaxan Şərifov vəfat edib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, üzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən A.Şərifov 58 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, A.Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram – kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə İlham Miniatür Teatrında çalışıb.

 

2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrda işləməyə başlayıb.

Müəllif: Ayna.az      31 Dekabr 2020 09:57
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin