Əsas səhifə Haqqımızda Xəbər lenti

İspaniyada COVID-19-dan ölənlərin sayı yenidən artıb

İspaniyada COVID-19-dan ölənlərin sayı yenidən artıb

Son stkada yoluxma 594 nəfərdə aşkarlanıb

 

İspaniyada COVID-19-dan ölənlərin sayı sutka ərzində 176 nəfər olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu göstərici ötən günlə  müqayisədə 50 faiz artım deməkdir.

 

Son 7 həftə ərzində ölkədə ən yüksək gündəlik ölüm faktı 123 nəfər idi. Ölkədə ümumi ölənlərin sayı 26 min 920 nəfərə çatıb. Son stkada yoluxma 594 nəfərdə aşkarlanıb, ümumi yoluxma faktı isə 228 min 30 nəfərdir.

 

Bu arada İspaniya hökuməti bəyan edib ki, mayın 15-dən ölkəyə gələcək turistlər 14 gün ərzində karantində qalacaq.

Müəllif: Ayna.az      12 May 2020 16:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin