Ərdoğan: "İtaliya Türkiyənin güclü müttəfiqidir"

Dünya

29.04.2025 - 17:58

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyada səfərdədir

Türkiyə ilə İtaliya iki güclü müttəfiqdir. AYNA.AZ  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyada Baş nazir Giorgio Meloni ilə birlikdə mətbuata bəyanatı zamanı deyib.

Ərdoğan Avropa Birliyinə üzvlük prosesində əvvəldən bəri dəstəyini əsirgəməyən İtaliyanın bu yanaşmasını davam etdirəcəyinə inandığını bildirib.

Türkiyə lideri Baş nazir Meloni ilə Avropanın təhlükəsizliyi kontekstində Ukraynada baş verən son hadisələri müzakirə etdiklərini vurğulayıb: “Biz Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi ifadə etdik”.

R.T.Ərdoğan qeyd edib ki, Qara dənizin təhlükəsizliyinin təmin edilməsində əsas aktor olaraq ölkəsi həll istiqamətində səylərə töhfə verməyə davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş