Muəllif:

Əsgər intihar edib, yoxsa öldürülüb?

Bu əsgər ölümü ilə bağlı da ortaya şübhəli məqamlar çıxıb. Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonunda N saylı hərbi hissədə xidmət edən Göyçayın Kürdəmiş kənd sakini, Seymur Allahverdiyevin (1990) atası Mürvət Allahverdiyev meyitin yenidən tibbi ekspertizadan keçirilməsini tələb edib. Valideyn oğlunun odlu silahdan açılan güllə ilə ölmədiyini, onun avtomatın qundağı və ya küt alətlə döyülərək öldürüldüyünü iddia edir.

Odur ki, dəfn qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yas mərasimində rayon İH, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri iştirak edir. Əsgərin valideynləri və qohumları mərasimə gələn hər bir şəxsə böyük hörmət etdiyini, onların yasına hörmət etməyi və vəziyyəti müxtəlif istiqamətə yönəltməməyi xahiş ediblər. Meyitin yenidən ekspertizadan keçirilməsi üçün rayona Bakıdan həkim lərin gələcəyi gözlənilir.

MN və Hərbi Prokurorluğun yaydığı rəsmi aşiqlamaya görə, əsgər fevralın 28-də postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib. Müəmma doğuran hal budur ki, 17 aydır hərbi xidmətdə olan Seymur gələn ay hərbi xidmətdən tərxis olunacaqdı. Faktla bağlı cinayət işinin açıldığı, «intiharın səbəbinin araşdırıldığı» deyilir.

Bu gün MN Tərbiyəvi işlər idarəsinin rəisi, general-mayor Vaqif Məmmədov, Respublika Hərbi prokurorunun müavini Şəfayət İmranov, Şəmkir hərbi birləşməsinin komandirinin tərbiyəvi işlər üzrə müavini, polkovnik-leytenant Elşad Əbilov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri yas mərasimində iştirak ediblər. Onların əsgərin valideynləri ilə apardıqları söhbətdən sonra ailə günortadan sonra dəfnə başlamağa qərar verib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 114