Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirusun dirigözlü qurbanları: Onları daha çətin günlər gözləyir

Koronavirusun dirigözlü qurbanları: Onları daha çətin günlər gözləyir

Dünya səyahətdən imtina edir, daxili turizm sektoru fəlakət astanasındadır

 

Koronavirusun yayılması ölkəmizin turizm sektorunu təhlükə altına alıb. Başqa ölkələrdən turistlər gəlmir, vətəndaşlarımız vacib hallar olmasa, heç yerə getmirlər. İnsanlar qatar və təyyarə biletlərini geri qaytarır, otel otaqları üçün rezervlərini geri götürürlər.

 

"Victory Tour" turizm şirkətinin direktoru Vüsal Hacıyev AYNA-ya açıqlamasında daxili turizm sektorunun görünməmiş bir vəziyyətlə üzləşdiyini və hazırda dərin böhran içində olduğunu deyib: “Mövcud vəziyyəti nəzərə alaraq turist qəbul etmək və ya göndərmək mümkün deyil. Əslində turizm şirkətlərinin işi iflic vəziyyətindədir”.

 

“Bu sektorun ölkə üçün strateji əhəmiyyətini nəzərə alaraq, bu vəziyyətdə turizm sektorunu qorumaq üçün dövlətin dəstəyi lazımdır. Son illərdə turizmin inkişafı çox sayda gənci turizm sektoruna cəlb etdi və böhran sürətlənərsə, turizm sektoru bu kadrları itirmək riski ilə üzləşəcək ki, bu da bütün sahəyə mənfi təsir göstərir”, - Hacıyev bildirib.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev hesab edir ki, yayda koronovirus təhlükəsi ötüşərsə, turizm agentlikləri və otellər baharın maliyyə itkisini kompensasiya etmək üçün xidmətlərinin qiymətlərini qaldıracaq: “Ola bilsin ki, müştəriləri cəlb etmək üçün bəzi endirimlər elan ediləcək, lakin de-fakto sahibkarlar maksimum qazanmağa çalışacaqlar. Yaz mövsümü başlamazdan əvvəl Səhiyyə Nazirliyi turizm obyektlərinin sanitar vəziyyətini yoxlamalıdır. Yaxın gələcəkdə vətəndaşlar dincəlmək üçün bir yerə gedərlərsə, həmin ərazi daha çox Azərbaycan daxilində olacaq. Qonşu ölkələrlə sərhədlər hələ ki bağlıdır. Azərbaycanlılar da istirahət üçün əsasən Gürcüstan və Rusiyaya üz tuturdular. Sərhədlər açılanda çoxları heç yerə getməyəcək, çünki xəstələnmək qorxusu insanın beynindən dərhal keçmir”.

Müəllif: Elya Belskaya      19 Mart 2020 22:10
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
10 Aprel
19:06
Əlilliyə görə pensiyalar niyə dayandırılıb – Nazirlikdən və deputatdan açıqlama
10 Aprel
16:48
Azərbaycanda daha 33 nəfər COVID-19-dan vəfat edib
10 Aprel
15:21
“Qızıl” nömrə, bahalı aksessuar və “blatnoy” oğlanlar...
10 Aprel
11:49
"Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə bizim xatirimizdə olacaq" - Prezident
10 Aprel
10:30
Vətəni 1500 dollara satmaq - AXI NİYƏ?!
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin