“Koroğlu”dan gəlib-gedənlərin nəzərinə!

“Koroğlu”dan gəlib-gedənlərin nəzərinə!

Bir sıra avtobusların dayanacağı dəyişib 

 

Bu gündən Bakı kəndləri və ətraf qəsəbələrdən “Koroğlu” istiqamətində işləyən marşrut avtobuslarının dayanacağı dəyişib. 

 

AYNA xəbər verir ki, səhər saatlarından etibarən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə verilib. 

 

Bundan sonra sözügedən avtobuslar Qara Qarayev metrosu istiqamətindən yox, birbaşa Atletlər kəndi yaxınlığından hərəkət edərək yeni qurulan mərkəzdə dayanacaqlar.

 

Müəllif: Ayna.az      9 Noyabr 2019 13:41
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin