Alo, mitinq sifariş vermisiniz?

Alo, mitinq sifariş vermisiniz?

cili tədbirlər görülməsə, başımız hələ çox belə daşlara dəyəcək

 

İki gün əvvəl bir sıra KİV-lər müxalifətin tanınmış simalarından birinin ABŞ səfirliyi və Avropa İttifaqı nümayəndəliyinin əməkdaşları ilə mitinq günü telefon danışığını yaydı. Jurnalistlər nə törətdiklərinin və hətta yaydıqları məlumatın məzmununda heç bir kriminalın olmadığının fərqinə varmadan, böyük həyəcanla dövlət orqanlarından “təcili tədbir görməyi” tələb edirdilər.

 

Bunun Azərbaycan üçün növbəti diplomatik qalmaqal yaradacağı heç bir şübhə doğurmurdu, çünki müxalifət rəhbərlərinin və xarici nümayəndəliklərin rabitə xətlərinin dinlənildiyi anlamına gəlirdi. Amma məsələnin həmin aspektini dövlət orqanları özləri araşdırar. Belə ki, media qurumları gizli səs lentini yalnız rəsmi şəxslərdən ala və onların tapşırığı ilə yaya bilərdilər.

 

Biz isə jurnalistlərin peşə prinsiplərinı kobud surətdə pozan davranışı barədə söz açmaq istəyirik. Cəmi bir həftə əvvəl iqtisadi müşavirədə Prezident məmurların medianı kompromat müharıbəsi alətinə çevirdiklərini söyləmişdi. Amma bu biabırçı hadisə göstərdi ki, söhbət yalnız məmurların daxili mübarizəsindən getmir. O, bir tərəfdən media idarəçiliyinin hansı vəziyyətdə olduğunu nümayiş etdirirsə, digər tərəfdən, jurnalistikamızın keyfiyyətini, “siyasi sifarişlər alətinə” çevrildiyini aşkarlayır.

 

Birinci hal deyil və təcrübəmizdən çıxış edərək, biz də eyni həyəcanla bildirmək istəyirik ki, “təcili tədbirlər” görülməsə, başımız hələ çox belə daşlara dəyəcək.

 

Elçin Şıxlı, Arif Əliyev

Müəllif: Ayna.az      22 Oktyabr 2019 18:30
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin