Yol polisinin gözü önündə qayda pozan taksi sürücüsü – VİDEO

Yol polisinin gözü önündə qayda pozan taksi sürücüsü –     VİDEO

Sürücü sağ zolağa yerdəyişmə edən zaman dönmə işığını sağa yandırmaq əvəzinə, sola yandırıb

 

Yol polisinin gözü qarşısında qaydaları pozan taksi sürücüsünün görüntüləri digər avtomobildəki kamera tərəfində qeydə alınıb.

 

Belə ki, oktyabrın 15-də Bakı-Sumqayıt yolunda (Xırdalan dairəsində) sol zolaqla hərəkət edən 99-TL-553 qeydiyyat nişanlı "Azsamand" markalı taksi avtomobilinin sürücüsü, sağ zolağa yerdəyişmə edən zaman həmin zolaqda hərəkət edən digər avtomobilə təhlükə yaradıb. O, bu qayda pozuntusunu yol polisinin gözü qarşısında edib.

 

Sürücü sağ zolağa yerdəyişmə edən zaman dönmə işığını sağa yandırmaq əvəzinə, sola yandırıb.

 

AYNA avtosfer.az-a istinadən sözügedən hadisənin videosunu təqdim edir:

Müəllif: Ayna.az      16 Oktyabr 2019 17:28
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin