Afrikalılar Azərbaycan sərhədini pozmağa çalışıblar

Afrikalılar Azərbaycan sərhədini pozmağa çalışıblar

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir

 

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən 2 nəfər Əlcəzair vətəndaşının dövlət sərhədimizi pozmasının qarşısı alınıb. Bu barədə AYNA-ya DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

4 oktyabr 2019-cu il tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində, Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları, 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune  Farouq sərhəd pozucusu qismində saxlanılıblar.

Saxlanılan şəxslərin 25 sentyabr 2019-cu il tarixdə rəsmi qaydada Türkiyə Respublikasından İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Əlcəzair vətəndaşları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      4 Oktyabr 2019 18:26
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin