Əsas səhifə Haqqımızda Xəbər lenti

Əfqanıstanda partlayış: altı hərbçi həlak olub

Əfqanıstanda partlayış: altı hərbçi həlak olub

Hücumun məsuliyyətini Taliban hərəkatı üzərinə götürüb

 

Əfqanıstanda hərbi bazanın yaxınlığında avtomobil partlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində təhlükəsizlik qüvvələrinin altı əməkdaşı həlak olub.

 

Hadisə yerli vaxtla gecə saat 02:00 radələrində Baqlan əyalətində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, hücumun məsuliyyətini Taliban hərəkatı üzərinə götürüb.

Müəllif: Ayna.az      10 İyun 2021 15:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin