Əsas səhifə Haqqımızda Xəbər lenti

İsveçrəli diplomatın Tehranda meyiti tapıldı

İsveçrəli diplomatın Tehranda meyiti tapıldı

Ölən qadın diplomat ABŞ-ın İrandakı maraqlarını təmsil edirmiş

 

ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrə səfirliyinin əməkdaşı Tehranda ölüb. AYNA xəbər verir ki, bu barədə İranın Mehr Agentliyi məlumat verib.

 

Paytaxtın Təcili Yardım Xidmətindən bildirilib ki, 51 yaşlı qadın Tehranın Kamrahiyə bölgəsindəki çoxmərtəbəli binadan yıxılıb. Əvvəlcə tapılan cəsədin bir kişiyə məxsus olduğu düşünülsə də, sonradan müayinə nəticəsində onun qadın olduğu müəyyənləşib. Eyni zamanda, diplomatın ölümünün səbəbləri hələlik müəyyənləşdirilməyib. Hüquq-mühafizə orqanları bunun qəza və ya intihar olduğunu aydınlaşdırmaq üçün araşdırma aparırlar.

 

Qadın səfirliyin birinci katibi vəzifəsində çalışırmış və əsasən ABŞ-ın İrandakı maraqlarını təmsil edirmiş.

 

İsveçrə Federal Xarici İşlər Nazirliyi (XİN) artıq səfirlik işçisinin ölümünü təsdiqləyib. XİN-dən qeyd edilib ki, İsveçrə səlahiyyətliləri hadisə fonunda yerli hakimiyyət nümayəndələri ilə əlaqə qurur.

 

Qeyd edilir ki, Tehran Vaşinqtonla diplomatik münasibətləri kəsməyə qərar verdikdən sonra İsveçrə ABŞ-ın İrandakı maraqlarını təmsil etməyə başlayıb.

Müəllif: Ayna.az      4 May 2021 15:41
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin