"Facebook" itifadəçilərin məlumatlarını sızdırıb

"Facebook" itifadəçilərin məlumatlarını sızdırıb

"Facebook" istifadəçilərinin şəxsi məlumatları şifrəsiz bir internet serverində yayınlanıb

 

"Facebook"la bağlı qalmaqalların ardı-arası kəsilmir. AYNA xarici mediaya istinadən xəbər verir ki, son iddiaya görə, 419 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi sızdırılıb.

 

"TechCrunch"ın hesabatına görə, 419 milyon "Facebook" istifadəçisinin telefon məlumatları, yaşadıqları bölgə, cinsiyyətləri və yaşları kimi şəxsi məlumatları şifrəsiz bir internet serverində yayınlanıb.


Son sızıntıyla birlikdə, milyonlarla istifadəçinin telefon məlumatları hər kəsə əlçatan olan bir məlumat bazasında aşkara çıxarılıb.


Şirkətdən bildiriblər ki, bazanın kim tərəfindən və nə vaxt yaradıldığı ilə bağlı araşdırma aparılır. Məlumatların 2018-ci ilin aprelində baş vermiş "Cambridge Analytic"lə bağlı qalmaqaldan əvvəl toplandığı ehtimal edilir.
 

"TechCrunch"un xəbərdarlığının ardından sözügedən məlumat bazasına giriş əngəllənib.

Müəllif: Ayna.az      5 Sentyabr 2019 20:59
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin