Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiya XİN-dən Ukraynaya çağırış: “Təxribatçı addımlardan çəkinin”

Rusiya XİN-dən Ukraynaya çağırış: “Təxribatçı addımlardan çəkinin”

Andrey Rudenko: “Moskva gözləyir ki, mənfi ssenaridən qaçmaq mümkün olacaq”

 

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanı təxribatçı addımlardan çəkinməyə çağırıb. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlamasında deyib.

 

"Ukraynanın ehtiyatlı davranacağını və qarşıdurmaya səbəb olacaq addımlardan çəkinəcəyini gözləyirik", - deyə XİN rəsmisi bildirib.

 

Rudenko qeyd edib ki, rəsmi Kiyev Rusiyanın Ukrayna ilə hərbi qarşıdurmaya hazırlaşması ilə bağlı açıqlamalar verməklə diqqəti daxili problemlərdən yayındırmağa çalışır: “Ukrayna hakimiyyəti uğursuzluqlarını, problemləri həll edə bilməməyini Rusiyanın hərəkətləri ilə izah etməməlidir. Moskva gözləyir ki, mənfi ssenaridən qaçmaq mümkün olacaq".

 

Qeyd edək ki, martın 31-də “The New York Times” nəşri ABŞ rəsmilərindən birinə istinad edərək xəbər yayıb ki, Rusiya Ukrayna ilə sərhədə hərbi qüvvələr cəmləşdirib. Ukrayna hakimiyyəti Rusiyanın müharibəyə hazırlaşdığını bildirir. Kiyev NATO ölkələrini Donbassdakı vəziyyətin gərginləşməsi səbəbindən döyüş hazırlığını artırmağa çağırış edib.

 

Müəllif: Ayna.az      2 Aprel 2021 17:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin