Əsas səhifə Haqqımızda Xəbər lenti

Nyu-Yorkda Tramp tərəfdarları etiraz aksiyası keçirib

Nyu-Yorkda Tramp tərəfdarları etiraz aksiyası keçirib
Tramp tərəfdarlarının təşkil etdiyi nümayişlərdə polislə qarşıdurma yaşanıb
 
ABŞ prezidentliyini demokrat Co Baydenə verdikdən sonra Florida ştatında məskunlaşan Donald Tramp uzun fasilədən sonra sükutunu pozub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bəraət qazandıqdan sonra açıqlamalarında dəfələrlə siyasətə qayıdacağına işarə edən Tramp bir müddətdir ki, itirdiyi dəstəni toplamağa başlayıb. Ölkə daxilində Trampa dəstək artarkən Nyu-Yorkda Trampı dəstəkləyən nümayişlərdə qarşıdurma yaşanıb.
 
“Trump America Save 2024” yazılmış böyük bir bayraq açmaq istəyən Tramp tərəfdarları ilə bayrağın açılmasına qarşı çıxan “Black Lives Matter” üzvləri arasında mübahisə yaşanıb. Olaya müdaxilə edən Nyu-York polisi (NYPD) Tramp tərəfdarlarının bayraq açmasına icazə verməyib və bir-birinə hücum edən iki qrupdan çox sayda nümayişçini saxlayıb.
 
Qeyd edək ki, bundan əvvəl də Tramp tərəfdarları Nyu-Yorkun 5-ci prospektindəki Tramp Plazaya gəlmiş və əllərindəki bayrağı küçədə sarı rəngli boya ilə yazılmış "Qara Həyatlar Önəmlidir" mətninin üzərində açmaq istəmişlər. Polis yolu bağladıqdan sonra Tramp tərəfdarları ilə müxalif qrup “Qara Həyatlar Önəmlidir" üzvləri arasında mübahisələr yaşanmışdı.
Fotoları təqdim edirik
Müəllif: Ayna.az      7 Mart 2021 01:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin