Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Koronavirus can almağa davam edir 

 

Dünyada COVID-19-a yoluxanların sayı 94,96 milyon nəfəri ötüb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 94 963 847 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 050 857 insan ölüb.

 

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 496 206 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 12 933 pasiyent təhlükəli infeksiyadan ölüb.

 

Son 24 saat ərzində infeksiyaya yoluxanların 44 faizindən çoxu Şimali və Cənubi Amerikada (221 396), daha sonra Avropada (193 242), ardından isə Cənub-Şərqi Asiyada (26 470) qeydə alınıb.

Müəllif: Ayna.az      21 Yanvar 2021 08:07
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin