Millimiz Kiprlə matça qara sarğı ilə çıxacaq

Millimiz Kiprlə matça qara sarğı ilə çıxacaq

Milli komandamız UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 13-də növbəti matçını keçirəcək

 

Millimiz Avropa Millətlər Liqasının C liqasının Kiprlə oyununa qara sarğı ilə çıxacaq. AYNA-nın xəbərinə görə, bu barədə AFFA-dan  məlumat verilib.

 

Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 13-də Kipr millisinə qarşı keçirəcəyi oyuna qara sarğı ilə çıxacaq.

 

Qeyd edək ki, ermənilərin dinc əhalini atəşə tutması və mülki əhalinin ziyan görməsi səbibindən AFFA-nın təşəbbüsü və UEFA-nın qərarı ilə Bakıda keçirilməli olan Azərbaycan – Kipr matçı neytral meydanda - Albaniyada keçiriləcək.

Müəllif: Ayna.az      11 Oktyabr 2020 23:26
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin